Piyadanı vuran sürücü saxlanılıb

14 İyun 2018 12:39 (UTC+04:00)

Qaradağda hadisə yerindən yayınmaqda şübhəli bilinən sürücü saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, iyunun 9-na keçən gecə saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yolu keçən piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə daxil olmuş məlumatla əlaqədar DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri keçirilib. Araşdırmalarla hadisə yerində ölən şəxsin qəsəbə sakini Nəriman Məmmədov olduğu, yol qəzasının isə “VAZ-21015” markalı avtomobillə törədildiyi müəyyən edilib.

Görülmüş tədbirlərlə yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Səlim Səfərov saxlanılaraq istintaqa təhvil verilib.