Ərdoğan: "Putinə birlikdə S-500 istehsal etməyi təklif etdim"

14 İyun 2018 09:57 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə birgə S-500 zenit raket sistemləri istehsal etməyi təklif edib. SİA-nın verdiyi məlumata görə, bunu R.T.Ərdoğan Türkiyə telekanalına müsahibəsi zamanı deyib.

Türkiyə prezidenti bildirib: "Putinə birlikdə S-500 istehsal etməyi təklif etdim".

Bunula belə türkiyəli lider səsləndirdiyi təkliflə bağlı rusiyalı həmkarının hansı cavab verdiyini konkretləşdirməyib.