Rusiyanın I kanalında “Jara” musiqi mükafatının təqdimatı yayımlanacaq

14 İyun 2018 11:30 (UTC+04:00)

İyunun 16-da Rusiyanın Birinci kanalında bu ölkənin şou-biznesi tarixində ən miqyaslı mükafat olan “JARA MUSIC AWARDS 2018”in təqdimatı yayımlanacaq. SİA-nın məlumatına görə, “Jara” Beynəlxalq Musiqi Festivalının “facebook” səhifəsinə istinadla xəbər verir ki, tamaşaçıların gözləri qarşısında ulduzlar ulduzların lehinə və əleyhinə səs verəcəklər. Proqramda “Leninqrad”, “Vremya i steklo”, A’STUDIO, Qriqori Leps, LOBODA, Valeri Meladze, EMİN, Ani Lorak, Nyuşa, Polina Qaqarina, Valeriya, Vera Brejneva və digər ifaçılar və musiqi qrupları iştirak edəcəklər.

Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.