Məsut Özil Meksika ilə matçda oynamayacaq

14 İyun 2018 05:06 (UTC+04:00)

Almaniya millisi ciddi itki ilə üzləşib. Belə ki, bundestimin aparıcı oyunçularından olan Məsut Özil zədələnib. Komandanın baş məşqçisi Yoahim Löv Almaniya mətbbuatına açıqlamasında Özilin DÇ-2018-in ilk turunda Meksika ilə matçda oynamayacağını bildirib.

Qeyd edək ki, iyunun 17-də keçiriləcək Almaniya - Meksika qarşılaşması Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.