Yaponiyanın Baş naziri Kim Çen İnlə görüşmək istəyir

14 İyun 2018 03:19 (UTC+04:00)

Yaponiya Baş naziri Şinzo Abe Şimali Koreya lideri Kim Çen İnlə görüşmək istəyir. Bu barədə "Tokio Jiji Press" agentliyi məlumat yayıb. Bildirilir ki, Trampla Kim Çenin tarixi görüşündən sonra Abe Şimali Koreya ilə toplantı keçirmək üçün səylərini artıracaq.

Qeyd edək ki, Abe daha öncə Tramp-Kim görüşünə qarşı çıxırdı, ancaq daha sonra Sinqapurdan müsbət qərarların çıxacağına dəstək verəcəyini bəyan etmişdi.