Gürcüstanın Baş naziri istefa verib (TƏCİLİ)

13 İyun 2018 20:04 (UTC+04:00)

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili iyunun 13-də tutduğu vəzifədən getdiyini elan edib. TASS informasiya agentliyi xəbər verir ki, Kvirikaşvili bunu Tbilisidə keçirilən fövqəladə brifinqdə deyib. “Mən Gürcüstanın Baş naziri postundan istefa vermək qərarına gəldim”, - deyə o bildirib.

Qeyd edək ki, Georgi Kvirikaşvili 2015-ci il dekabrın 30-dan Gürcüstan hökumətinin rəhbəri vəzifəsini tuturdu.