Filippo İnzaqi "Bolonya"nın baş məşqçisi təyin olunub

14 İyun 2018 01:17 (UTC+04:00)

İtaliya milli komandasının və "Milan" klubunun sabiq futbolçusu Filippo İnzaqi İtaliyanın "Bolonya" klubunun baş məşqçisi təyin olunub. İtaliya klubunun saytında yer alan xəbərə görə, komanda 45 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalayıb. O, bu postda Roberto Donadonini əvəzləyib.

Qeyd edək ki, "Bolonya" 2017-2018 illər mövsümündə İtaliya A Seriasını 16-cı pillədə başa vurub. İnzaqi son olaraq "Milan"ın baş məşqçisi vəzifəsində çalışıb.