İngiltərədə 1254 futbol xuliqanına qadağa qoyulub

13 İyun 2018 23:19 (UTC+04:00)

İngiltərə hökuməti problemli azarkeşlərin dünya çempionatına yollanmasını istəmir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, futbol matçlarına girişinə qadağan olunan 1312 xuliqandan 1254-nün pasportu müvəqqəti olaraq əlindən alınıb. Xüsusi əməliyyatın davam etdiyi və yaxın günlərdə digər xuliqanların da bənzər formada cəzalandırılacağı gözlənilir.

“Dünya kuboku futbol bayramıdı. Orda şiddətə yer yoxdu” – deyə, daxili işlərinin nazirinin müavini Nik Herd bildirib. Sözügedən azarkeşlərin dünya çempionatı boyunca ölkəni tərk etmələrinə icazə verilməyəcək.