DİM onlayn sınaq imtahanı təşkil edir

13 İyun 2018 13:42 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzi bu il I-IV ixtisas qrupları üzrə sınaq imtahanlarında istifadə olunmuş test kitabçaları üzrə onlayn sınaq imtahanı təşkil edir. Mərkəzdən SİA-ya verilən xəbərə görə, onlayn sınaq imtahanı vermək istəyənlər rahat şəkildə imtahana yazıla və onlara uyğun günün istənilən vaxtında sayta daxil olub biliklərini yoxlaya bilərlər.

Hal-hazırda 10 iyun 2018-ci il tarixdə keçirilmiş sonuncu sınaq imtahanında istifadə olunmuş sual kitabçaları (Azərbaycan və rus bölməsi) http://otk.az portalına yerləşdirilmişdir. İmtahanda iştirak haqqı 3 AZN-dir.

Abituriyentlər, həmçinin 2018-ci il "Abituriyent" jurnalının 1-ci sayında dərc edilmiş və ali təhsil müəssisələrinin qəbul imtahanı modelinə uyğun test tapşırığı nümunələrindən ibarət ödənişsiz onlayn sınaq imtahanlarına yazıla bilərlər.

Bundan əlavə, portalda 9-cu və 11-ci sinifdə təhsil alan şagirdlər, o cümlədən ümumi və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə), V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlər də müvafiq sınaq imtahanlarında iştirak edə bilərlər. Bu imtahanlarda iştirak haqqı isə 1 manatdır.

Abituriyentlər onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, öz cavabları ilə düzgün cavabları müqayisə etmək imkanına malikdirlər. http://otk.az portalında yerləşdirilmiş onlayn sınaq imtahanlarına yazılmaq üçün ödənişlər plastik kartlar və ya “Milliön” terminalları vasitəsilə aparılır. Qeydiyyat və ödəniş təlimatı ilə portalda tanış ola bilərsini