Paşinyan həmsədrlərlə nəyi müzakirə edib?

13 İyun 2018 13:05 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Endryu Şeffer və Stefana Viskontini qəbul edib. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də həmin görüşə qatılıb.

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını və təmas xəttindəki gərginliyin aradan qaldırılması yollarını müzakirə edib. Həmsdərlər Paşinyanı öz iş proqramı ilə də tanış ediblər.