Minsk qrupunun həmsədrləri Ermənistana səfər edib

13 İyun 2018 12:46 (UTC+04:00)

ATƏT-in Minsk qrupu həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Ermənistanda səfərdədir. SİA Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, onlar Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli, danışıqlar prosesinin irəli aparılması imkanları müzakirə edilib.

Z. Mnatsakanyan Ermənistanın münaqişənin ATƏT Minsk qrupu çərçivəsində yalnız sülh yolu ilə həllinə sadiq olduğunu bildirib.

Həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi Anjey Kaspşik müşayiət edir.