Paytaxtda bəzi ərazilərdə su olmayacaq

13 İyun 2018 11:45 (UTC+04:00)

Paytaxtda bəzi ərazilərdə su olmayacaq. "Azərsu" ASC-dən SİA-ya verilən məlumata görə, Xətai rayonu M.Hadi, X.Məmmədov və Vunqtau küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar 13 iyun 2018-ci il tarixində gün ərzində Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.