Luis Enrike İspaniya millisinin yeni baş məşqçisi olacaq?

13 İyun 2018 12:29 (UTC+04:00)

Futbol üzrə İspaniya millisinin baş məşqçisi Xulen Lopeteqi dünya çempionatı başa çatdıqdan sonra "Real"ı çalışdıracaq. SİA-nın məlumatına görə, millinin boş qalacaq baş məşqçi postuna ən real namizəd müəyyənləşib. Xarici mətbuatın yazdığıa əsasən, Lopeteqini yığmanın sabiq futbolçusu, son olaraq "Barselona"nı çalışdıran Luis Enrike əvəzləyəcək.

Qeyd edək ki, Enrike ötən mövsüm heç bir yerdə işləməyib. 48 yaşlı mütəxəssis "Roma" və "Selta" klublarını da çalışdırıb. Enrike 1991-2002-ci illərdə İspaniya millisində oynayıb.