Sabah "Son Zəng"dir

13 İyun 2018 09:38 (UTC+04:00)

Sabah Azərbaycanda 2017/2018-ci dərs ili başa çatacaq və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalınacaq. SİA-nın xəbərinə görə, "Son zəng" tədbiri yalnız məktəb daxilində keçirilməli və iki saat davam etməlidir.

Qeyd edək ki, bu tədris ilinin sonunda XI sinfi bitirəcək şagirdlərin sayının 83 001 nəfər olacağı gözlənilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 125, XI siniflərini 19 192 nəfər bitirəcək. Paytaxtda 46 849 nəfər I sinfi, 638 nəfər XII sinfi (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) başa vuracaq. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən xüsusi məktəblərdə isə IX sinfi 322 nəfər bitirəcək.