Gəncədə iki avtomobil toqquşub

13 İyun 2018 06:09 (UTC+04:00)

Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var. APA-nın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Hərəkətdə olan “Mercedes” və “VAZ” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər qadın sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.