Tramp: "Kim Çenə inanıram"

13 İyun 2018 04:06 (UTC+04:00)

"Kim Çen İnin Koreya yarımadasının denuklarizasiyası ilə bağlı cəhdlərinə inanıram." Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. “Mən ona inanıram. O da mənə inanır. Lakin mümkündür ki, mən bir ildən sonra deyim ki, səhv etmişəm. Bu, hər zaman ola bilər. Bir çox şeylər zamanla dəyişə bilər”, - deyə Ağ Ev rəhbəri bildirib.

Qeyd edək ki, dünən Sinqapurda tərəflər arasında görüş baş tutub.