Rusiyalı senator: "Tramp ABŞ-a qayıdanda fikirlərini dəyişə bilər"

13 İyun 2018 02:19 (UTC+04:00)

ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen İnin Sinqapurdakı uğuru davam etdirəcəyi bəlli deyil. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı senator Konstantin Kosaçev tərəflər arasında baş tutan görüşü şərh edərkən deyib. O bildirib ki, Tramp ABŞ-a qayıdan zaman fikirlərini dəyişə bilər:

“Burada beynəlxalq toplumun da rolu önəmlidir. İran məsələsində olduğu kimi, dünya liderləri bu mövzuda aktivlik göstərməli və görüşən tərəfləri verdiyi sözləri yerinə yetirməsinə təşviq etməlidir”.