Netanyahu korrupsiyaya görə polisə izahat verib

12 İyun 2018 22:04 (UTC+04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu barəsindəki korrupsiya iddiaları ilə bağlı polisə izahat verib. Axar.az xəbər verir ki, baş nazir iş adamlarından 300 min dollar məbləğində hədiyyə almaqda ittiham olunub.

İsrail polisi Netanyahunun ölkənin ən böyük telekommunikasiya şirkəti ilə şübhəli anlaşmalarına görə dindirildiyini açıqlayıb.