Moskvada Ramiz Quliyev mükafatlandırılıb FOTO

12 İyun 2018 17:36 (UTC+04:00)

Moskvada Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə Dünya Azərbaycanlı İntellektuallarının III Forumu keçirilib. Açılış mərasimində ictimai birliyin rəhbəri, Xalq Yazıçısı Çingiz Abdullayev forumun proqramı və Mədəniyyət Mərkəzinin fəaliyyəti barədə məlumat verib. SİA-nın məlumatına görə, forum çərçivəsində tarzən, Azərbaycanın Xalq Artisti Ramiz Quliyevə “Əbədi lider” fəxri diplomu və qızıl medalı təqdim edilib. Mükafat Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi, İctimai Nəzarət Koalisiyası İctimai Birliyi, Sabitlik və İnkişaf Mərkəzi tərəfindən təsis olunub.