Aqil Abbas: "Məktəbliləri niyə süründürürlər?" ETİRAZ

12 İyun 2018 16:46 (UTC+04:00)

"Orta məktəblərdə oxuyan şagirdləri niyə süründürürlər? Tədris iyunun 15-də başa çatır. Uşaqları belə yükləmək olmaz". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında deputat Aqil Abbas deyib.

O bildirib ki, birinci sinifə gedən uşağı çantasının ağırlığı 6-8 kiloqramdır: "Uşaqlara niyə əzab verirlər? Nə öyrədirlər? Dərslər qurtarıb. Məktəbə elə-belə gedib-gəlirlər. Bu məsələ yoluna qoyulmalıdır".