Sarkisyan ictimaiyyət qarşısına çıxıb FOTOLAR

12 İyun 2018 16:14 (UTC+04:00)

Ermənistanın keçmiş prezidenti və baş naziri Serj Sarkisyan ictimaiyyət qarşısına çıxıb. SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, Respublika Partiyasının rəhbərliyi, deputatlar Sarkisyanın başçılığı altında Komitas adına Panteonda keçmiş baş nazir Andranik Marqaryanı yad ediblər.

Andranik Markaryan 2000-2007-ci illərdə baş nazir səlahiyyətlərini icra edib.