Türkiyə Ordusu 34 PKK terrorçusunu məhv edib

12 İyun 2018 15:10 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrinin Şimali İraqda keçirdiyi anti-terror əməliyyatında 34 PKK terrorçusu məhv edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı açıqlama yayıb.

Məlumatda bildirilir ki, İraqın şimalında PKK terrorçularına qarşı hərbi əməliyyatlar davam etdiriləcək.

Qeyd edək ki, dünən ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə SQ-nin İraqın şimalında yeni hərbi əməliyyatlara başladığını elan edib.