Gəncədə yol qəzası olub, 1 nəfər xəsarət alıb

11 İyun 2018 03:05 (UTC+04:00)

Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Atabəylər küçəsində qeydə alınıb. Hərəkətdə olan iki “VAZ 2106” markalı avtomobilin toqquşması nəticəsində sürücülərdən biri yüngül xəsarət alıb. Ona tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.