Qəbələ sakinindən ov tüfəngi götürülüb

11 İyun 2018 13:27 (UTC+04:00)

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Zarağan kənd sakini, əvvəllər məhkum olunmuş Cümşüd Mürsəlovun kənddə yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd, müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.