Kafedə yanğın

10 İyun 2018 17:28 (UTC+04:00)
Ağdamda yanğın qeydə alınıb. SİA-nın Föqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata əsasən, rayonun Xındırıstan kəndində ümumi sahəsi 120 m² olan tikilinin (kafe kimi fəaliyyət göstərir) tavanı və dam örtüyünün yanar konstruksiyaları 51 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.