Masallıda taxıl sahəsində yanğın olub

11 İyun 2018 00:17 (UTC+04:00)

Masallı rayonunun Təklə kəndində 0,8 ha sahədə biçilməmiş və 7 ha biçilmiş taxıl sahəsi yanıb. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, yaxınlıqdakı taxıl sahələri yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.