Gəncə sakini intihar edib

10 İyun 2018 18:38 (UTC+04:00)

Gəncədə 30 yaşlı kişi intihar edib. APA-nın məlumatına görə, hadisə şəhərin Vaqif küçəsində qeydə alınıb. Həmin küçədə evlərin birində yaşayan 1988-ci il təvəllüdlü Həsənov Məhərrəm Malik oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

İntiharın səbəbi hələ ki məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.