Diyetoloqlar: Yemiş və qarpız mədədə ağırlıq və qıcqırma yaradır

11 İyun 2018 04:17 (UTC+04:00)

Yayda yeməkdən sonra masaya adətən qarpız və yemiş verilir. Lakin diyetoloqlar bunu düzgün hesab etmir. Belə ki, yeməkdən dərhal sonra yeyildikdə yemiş və qarpız mədədə ağırlıq və ağrılara səbəb olur, qıcqırma yaradır, həzm proseslərinə mane olur.

Diyetoloqlar digər meyvə və giləmeyvələr kimi yemiş-qarpızı da yeməkdən 1 saat əvvəl və ya 1,5-2 saat sonra yeməyi tövsiyə edir.