Asta yerişli insanlarda ürək xəstəliyinə tutulmaq riski böyükdür!

10 İyun 2018 07:10 (UTC+04:00)

Lester Universiteti (Böyük Britaniya) alimləri sübut edirlər ki, insanın yerişinin sürətindən ürək və damar xəstəliklərinin riskini təyin etmək olar. Araşdırmalar göstərib ki, asta-asta gəzən orta yaşlı insanlarda tez tempdə gəzən insanlarla müqayisədə ürək-damar sistemi xəstəliklərinin inkişafı riski artmış olur.

Zee News xəbər verir ki, mütəxəssislər 6 il ərzində 420 727 orta yaşlı insana nəzarət edirdi. Məlum olub ki, asta-asta yeriyən qadın və kişilər ürək xəstəliklərindən daha tez-tez ölürdü.

Alimlərin fikrinə görə, yerişin sürəti insanın ümumi fiziki forma və fiziki davamlılıqla sıx əlaqəlidir. Bu göstərici isə ürəyin fəaliyyətindən xəbər verir.