Əli Kərimlini bitirən reallıq KÖŞƏ YAZISI

31 May 2018 15:42 (UTC+04:00)

Komfortlu həyat sürmək və bu həyatını davamlı etmək üçün cəbhədaşlarını oda-közə atıb məhv etmək... Bu, AXCP sədri Əli Kərimlinin dəfələrlə ifşa olunmuş “siyasi kredosudur”. Çünki zaman-zaman bank əməliyyatları maxinasiyaları ilə gündəmə düşən bu “gözüaçıq” siyasətbaz hər dəfə sudan quru çıxmağa cəhdlər göstərib, ancaq heç bir “arqumentləri” gerçəkliyi əks etməyib. Əksinə, Əli Kərimli bütün hallarda ifşa olnub. Elə də uzağa getməyərək, onun barəsində mediada yayılmış bir neçə faktları xatırlatmağa dəyər. Belə ki, müxalifətin baş maxinatoru və dələduzu, düşərgənin Ostap Benderi statusunu qazanmış Əli Kərimli ifşa olunduqca, onun sosial şəbəkədəki zombi dəstələri nədənsə, daha da aqressivləşir ki, bu da belə qənaətə gəlməyə zəmin yaradır - ortaya çıxan hər bir fakt dəqiqdir, Kərimli isə bu faktlar qarşısında aciz qalıb. Bu baxımdan, daxilindəki aqressiyasını gizlədə bilmir.

Bu günlərdə növbəti dəfə ifşa olunan AXCP sədrinin Rusiyadan aldığı böyük məbləğli pullar müqabilində komfortlu həyat sürməsi faktı onun siyasi ölümü ilə nəticəsini tapmaqdadır. Hətta Kərimlinin siyasi ölüm tarixi çox ilginc bir tarixə təsadüf edir - 28 may 2018-ci il. Məhz həmin gün Novxanıda tədbir keçirən AXCP sədri meydanda tək buraxıldı. Çünki illərdir ona xidmət göstərən cəbhəçilər sədrlərinin artıq neçənci dəfədir ki, dələduzluq faktlarının şahdlərinə çevrilirlər. Onlar haqlı olaraq sual edirlər ki, axı nəyə görə Əli Kərimli zadəgan həyatı sürür və ona inanan sıravi cəbhəçilər həbsxanalara düşür? Bunun üçünmü? Niyə Əli Kərimli yüz minlərlə məbləğdə pul yeyir, sonra da özünü reklam etdirmək üçün, ona inanan və qanunsuzluqlar törədən, sonra isə həbs olunanların ailələrini “ziyarət” edərək, cəmi-cümlətanı 200-300 manat pul verib, bunu özünə “kişilik” hesab edir?

Halbuki, ondan imtina etmiş bir sıra cəbhəçilərin də dediyi kimi, Kərimli və bir neçə nəfər ətrafı istisna olmaqla, partiya fəalları yazıq durumdadırlar, təşkilatın yerli strukturları adları olub, özləri yox səviyyəsindədir.

O cümlədən, ortada olan faktlardan biri də budur ki, Ə.Kərimli 2005-ci ildən bəri rəsmən heç yerdə işləməyib, yəni parlamentin deputatı olub və sonra işsiz qalıb. Başqa tərəfdən, bizneslə məşğul olmadığını da deyir. Eləcə də iddia edirlər ki, heç vaxt beynəlxalq fond və təşkilatlardan qrant almayıblar (?!) Yaxşı, bəs bu qədər maliyyə vəsaiti Ə.Kərimliyə hansı mənbələrdən gəlir? Hələ 2012-ci il, martın 27-də Ə.Kərimlinin qaynı Elnur Seyidovu həbs edilərkən, bu sualların qisminə cavablar tapılmışdı. Belə ki, E.Seyidov keçmiş "Texnikabank"da yüksək post tuturdu. O, ta həbs olunduğu günə qədər bu bankın ən böyük filialı sayılan Yasamal filialının rəis müavini vəzifəsini daşıyırdı. E.Seyidov 2011-ci il, yanvarın 28-dən 2012-ci il, fevralın 24-dək banklardan 4 milyon 680 min manat (!!!) nağd pul çıxarmışdı.

Lakin bunlar da hələ hamısı deyil. Əli Kərimlinin hələ heç bir yerdə işləməyən və gəlir bəyannaməsində göstərilmiş qazanc mənbəyi olmayan yeniyetmə oğlu Türkel Kərimli 20 gün ərzində - 2011-ci il, sentyabrın 26-dan oktyabrın 17-dək olan müddət ərzində "Texnikabank"da 75 min (!!!) funt-sterlinq məbləğində maliyyə əməliyyatı aparmışdı.

Beləliklə, hər şey tam çılpaqlığı ilə aydındır. Müxalifətin Ostap Benderi, yaxud da “veliki maxinatoru” heç ona ünvanlanmış iradlı sualları, ittihamları cavablandırmasa da olar. Nə qədər də olmasa, o əlahəzrət məhkəmə qarşısına çıxarkən, bütün bu suallara cavab verməli olacaq!

RÖVŞƏN