AMEA-nın akademiki İlham Əliyevə təbrik məktubu göndərib

26 May 2018 13:48 (UTC+04:00)

AMEA-nın akademiki, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Fazil Qurbanov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi milli bayramımız – Respublika Günü münasibətilə Rusiyanın Azərbaycan diasporu adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Biz həm də bu il öz müstəqilliyinin 100 illiyini bayram edən Azərbaycan dövlətini təbrik edirik.

Sizə möhkəm cansağlığı və çoxşaxəli ali dövləti fəaliyyətinizdə yeni uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Rusiya ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı inkişaf etdirmək, xalqlarımızın maraqları naminə öz tarixi Vətənimlə işləmək arzumu bir daha bildirmək istəyirəm".