Oqtay Əsədovun Gürcüstana səfəri başlayıb

26 May 2018 11:46 (UTC+04:00)

Milli Məclisin Sədri Oqtay Əsədov Gürcüstan ilk Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Tbilisi şəhərinə səfər edib. SİA-nın xəbərinə görə, Milli Məclisin spikerini hava limanında Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Zviad Dzidziquri, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və digər rəsmi şəxslər qarşılayıb.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Gürcüstan parlamentində keçiriləcək “İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda dəyirmi masada Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edəcək.

Səfər çərçivəsində parlament Sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.