Lənkəranda avtomobil aşıb

26 May 2018 04:04 (UTC+04:00)

Lənkəranda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın cənub bürosunun məlumatına görə, şəhər ərazisində baş verən hadisə zamanı "Mercedes" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və sürücü maşını aşırıb.

Nəticədə avtomobilin sürücüsü, şəhər sakini, 1978-ci il təvəllüdlü Miri Mirməhəmməd oğlu Miriyev xəsarət alıb. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Baş nahiyəsindən xəsarətlər alan M. Miriyevə tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.