Gədəbəydə bıçaqlanma olub

26 May 2018 03:03 (UTC+04:00)

Gədəbəydə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Böyük Qaramurad kəndində baş verib.

Kənd sakini, 1984-cü il təvəllüdlü Quliyev Elşad İsa oğlu bıçaqlanaraq yolun kənarında uzanmış vəziyyətdə aşkarlanıb. O əvvəlcə Gədəbəy rayon Mərkəzi xəstəxanaya, oradan isə Gəncədə olan tibb ocaqlarının birinə aparılıb. Vəziyyətinin ağır olduğu bildirilir. E. Quliyevin kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.