Mun Ce-in: "Azərbaycan son 25 ildə bütün sahələrdə yüksək tərəqqiyə nail olub"

26 May 2018 02:17 (UTC+04:00)

Azərbaycan müstəqil dövlət kimi son 25 ildə bütün sahələrdə yüksək tərəqqiyə nail olub. AZƏRTAC xəbər verir ki, bunu Koreya Respublikasının Prezidenti Mun Ce-in Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yazıb.

Ölkələrimiz arasında mövcud dostluq əlaqələrinə və xalqlarımızın Altay dil ailəsinə mənsubluğu kimi ortaq mədəni köklərimizə əsaslanan Mun Ce-in əməkdaşlığımızın möhkəmlənməsinin və dərinləşməsinin gələcəkdə daha geniş vüsət alacağına əminliyini bildirib.

Koreya Respublikasının Prezidenti məktubunda Azərbaycan xalqına əbədi firavanlıq arzularını ifadə edib.