Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq

25 May 2018 17:36 (UTC+04:00)

"Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq". SIA xəbər verir ki, bunu Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O.Məmmədovun sözlərinə görə, biznes evləri dövlət orqanları ilə sahibkarlar arasında körpü rolunu oynayacaq: "Yeni yaradılan biznes evləri biznes mühitində "Asan Xidmət" modeli kimi olacaq, sahibkarlar və dövlət orqanları üçün "bir pəncərə" sistemi əsasında fəaliyyət göstərəcək".