Millət vəkili: "Rüstəm İbrahimbəyov bütün titullarından məhrum edilməlidir" MÜNASİBƏT

25 May 2018 17:07 (UTC+04:00)

“Rüstəm İbrahimbəyovun indiyə qədər də Azərbaycan xalqını, türk etnosunu aşağılayan yazıları olub. Rusiyanın müxtəlif mətbuat orqanlarında, televiziyalarında bu səpkidə çıxışları olub. Bu şəxs ermənilərə olan məhəbbətini açıq şəkildə mütəmadi olaraq təqdim edib. Hesab edirəm ki, İbrahimbəyov bu xalqın nümayəndəsi deyil”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti, xalqı tərəfindən ona verilən bütün titullar geri alınmalıdır: “Qoy getsin Ermənistan, ona hansı titulları istəyir versinlər. Çünki onun bütün həyatının şüurlu fəaliyyəti ermənilərə daha çox xidmət etmək olub. Hətta deyərdim ki, Zori Balayan belə o qədər erməni xalqına xidmət etməyib. Ümumiyyətlə, hər adam Orxan Pamuk deyil. Elə bilirlər ki, bunlar da Orxan Pamuk kimi bu yolu gedib öz məqsədlərinə çatacaqlar. Əsrin əvvəllərindən başlamış indiyə qədər Dağlıq Qarabağda, Naxçıvanda, İrəvanda, Dərələyəzdə və s. azərbaycanlıların diri-diri basıdırılması, onların belinə qaynar samovarların bağlanılması, Qərbi Azərbaycanda uşaqların borulara dodurularaq ağızlarının qaynaq olunaraq yandırılması, Xocalı soyqırımı kimi hadisələri görən adam azərbaycanlıları qəddar, başkəsən, vəhşi kimi təqdim edir amma erməniləri qürurlu, ləyaqətli, ziyalı, vətəninə, xalqına sədaqətli kimi göstərir. Bunu ancaq qanında erməni qanı axan adam edər. Onun ailəsindən başqa heç bir azərbaycanlı bu çəkilişdə iştirak etməyib. Bütün bunlar onu göstərir ki, “Milli Şura”nın nümayəndəsi bu şəxs idi.

Bir zamanlar "Rüstəm" deyib meydanlara çıxanlar indi xalqın qarşısına çıxıb cavab versinlər. “Ağsaq atın kor nalbəndi” olar. Ona görə də Azərbaycan xalqı düzgün qərar verən və Demokratik Cümhuriyyət quran xalqdır. Xalq bunları tanıyır və ona görə bunların arxasınca getmir. O erməni çörəyi yeyənlərin fəxri sədri Rüstəm İbrahimbəyovdur. Hesab edirəm ki, bu insana erməni xalqının "milli qəhrəmanı" adını vermək lazımdır”.