“Səbail”in yeni baş məşqçisi müəyyənləşib

25 May 2018 16:45 (UTC+04:00)

“Səbail” PFK-nın yeni baş məşqçisi müəyyənləşib. SİA-nın məlumatına görə, klubun mətbuat xidmətindən bildirilib ki, milli komandamızın sabiq üzvü Aftandil Hacıyevlə 2+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, A.Hacıyev ötən mövsüm “Qarabağ”ın əvəzedici heyətinin baş məşqçisi olub.