Ronaldinyo haqqında yayılan xəbərləri təkzib edib

25 May 2018 16:12 (UTC+04:00)

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo iki qızla eyni vaxtda evlənəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib. SİA-nın məlumatına görə, o, bu məlumatı təkzib edib: “Bu, böyük yalandır. Bütün dünya mənə zəng edir. Mən evlənməyə hazırlaşmıram”.

Qeyd edək ki, 38 yaşlı Ronaldinyonun iki qızla eyni anda evlənmək istədiyi barədə xəbəri ilk olaraq İspaniyanın AS qəzeti yayıb.