Oqtay Əsədov Gürcüstana gedir

25 May 2018 15:02 (UTC+04:00)

Milli Məclisin Sədri Oqtay Əsədov Gürcüstan ilk Demokratik Respublikasının 100 illiyi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün mayın 26-da bu ölkənin paytaxtı Tbilisi şəhərində səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirin açılış mərasiminə Gürcüstanın Prezidenti, Baş naziri, parlamentin sədri, yubileyə dəvət olunmuş dövlət və hökumət başçıları qatılacaqlar.

Gürcüstan parlamentində keçiriləcək “İnkişaf üçün əməkdaşlıq: gələcək 100 il üçün strategiya” mövzusunda dəyirmi masada Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edəcək.

Səfər çərçivəsində parlament Sədrinin tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri gözlənilir.