Məhəmməd bin Zayed Al Nahyan

25 May 2018 10:27 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə, Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Dost və qardaş xalqınıza Sizin müdrik rəhbərliyiniz altında davamlı tərəqqi və rifah, Zati-alinizə möhkəm cansağlığı arzulayıram. Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə böyük hörmət və ehtiramımı ifadə edirəm.

Məhəmməd bin Zayed Al Nahyan Birləşmiş Ərəb Əmirlikləri Dövlətinin Əbu-Dabi Əmirliyinin Vəliəhdi, Silahlı Qüvvələrin Ali Baş Komandanının müavini

azertag.az