Həmyerlimiz Beynəlxalq Piano Festivalında ikinci yerə layiq görülüb FOTO

24 May 2018 15:32 (UTC+04:00)

Türkiyənin İstanbul şəhərində keçirilən 13-cü Beynəlxalq Piano Festivalında ölkəmiz də təmsil olunub. SİA-nın məlumatına görə, müsabiqədə Azərbaycanı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb-studiyasının şagirdi Zərrin Şükür təmsil edib.

Festivalda ikinci yerə sahib olan Z.Şükür, eyni zamanda, festival çərçivəsində yeddi ustad dərsində iştirak edib. Bundan əlavə, həmyerlimiz müəllimi ilə birlikdə “Dörd əl üçün fortepiano dueti” adlı ustad dərsində çıxış edərək festivalın xüsusi mükafatına layiq görülüb.