Millimizin rəqibi U-20 yığması olacaq

24 May 2018 12:45 (UTC+04:00)

Bu gün və mayın 27-də 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Makedoniyanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcəyini xəbər vermişdik. SİA-nın məlumatına görə, Makedoniya yığmasının Bakıya gələn heyətinə 1998/99-cu il təvəllüdlü futbolçular daxil olunub. Beləliklə, qeyd olunan yoldaşlıq oyunları hər iki ölkənin U-20 yığma komandası arasında keçiriləcək.