Ukrayna Rusiyaya qarşı yeni sanksiya tətbiq edib

24 May 2018 12:37 (UTC+04:00)

Ukrayna Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara düşən hüquqi və fiziki şəxslərin siyahısını elan edib. SİA Ukrayna prezidenti Petr Poroşenkonun saytına istinadən xəbər verir ki, yeni siyahıya 756 hüquqi və 1748 fiziki şəxs daxil edilib. Yeni siyahının ABŞ-ın tətbiq etdiyi siyahı ilə qarşılaşdırıldığı (uyğunlaşdırıldığı) bildirilir.

Yeni sanksiyalar nəticəsində məhdudlaşdırıcı tədbirlərə həmçinin, Federasiya Şurasının üzvləri və Dövlət Dumasının deputatları da daxil edilib.

Qeyd edək ki. Mayın2-dən etibarən Ukrayna ABŞ-ın ardından Rusiyaya qarşı sanksiyaları gücləndirib.