Xalq artisti səfir təyin olundu FOTO

24 May 2018 13:03 (UTC+04:00)

Xalq artisti Elmira Rəhimova “Həyat” Fondunun səfiri təyin olunub. SİA-nın məlumatına görə, bu haqda fondun təsisçisi Nuran Hüseynov xalq artistinə döş nişanını təqdim edib.

E.Rəhimova onu bu ada layiq bildiyinə görə, fondun rəhbərliyinə və kollektivinə təşəkkür edib.