Sevinc və Sevil bacıları Rozaya söz atdı FOTOLAR

24 May 2018 10:35 (UTC+04:00)

Müğənni Roza Zərgərli ilə Sevinc və Sevil Səfərovalar bacıları arasında qalmaqal səngimək bilmir. SİA-nın məlumatına görə, bacılar sənətçinin "İnstagram"dakı paylaşımlardan birini öz səhifələrində yayımlayaraq, onu ələ salıblar. Belə ki, bir neçə gün bundan öncə eyni Roza kimi izləyicilərinə “Nömrənizin son iki rəqəmini yazın” müraciətini ediblər.

İzləyicilərin əksəriyyəti də onların R.Zərgərliyə söz atdığını yazıblar.

Qeyd edək ki, R.Zərgərli bir vaxtlar Sevil və Sevincə sponsorluq edib. Onlar qalmaqallı şəkildə işbirliklərinə son qoyublar.