Tanınmış müğənnilər “Nəfəs”ə qatılacaq VİDEO+FOTO

24 May 2018 09:50 (UTC+04:00)

Bu gün paytaxtın əyləncə mərkəzlərindən birində “Nəfəs” adlı xeyriyyə konserti keçiriləcək. SİA-nın məlumatına görə, gecənin təşkilatçısı Azərbaycan Tələbə Gənclər Təşkilatıdır (ATGT). Layihənin ulduz səfiri isə müğənni Elnarə Xəlilovadır. Konsertdə tanınmış müğənnilər Samira, Nura, Natavan Həbibi, Elçin Cəfərov, Emil Bədəlov, Elnar Xəlilov, Aysel Əlizadə, Qurd, Kazımcan, Sima Nəsirova, Orxan Rəhimzadə, Nahidə Babaşlı, DJ Çina çıxış edəcək. Tədbirdə həmçinin Elnarənin tələbələri də səhnəyə çıxacaq. Gecənin aparıcısı Murad Arifdir.

Qeyd edək ki, konsertdə yığılan vəsait qara ciyər serrozundan əziyyət çəkən Tural Budaqovun əməliyyatı üçün sərf olunacaq.