Sergey Lavrov Şimali Koreyaya səfər edəcək

24 May 2018 04:03 (UTC+04:00)

Rusya Xarici İşlər naziri Sergey Lavrov mayın 31-də Şimali Koreyaya səfər edəcək. Axar.az xəbər verir ki, Lavrovun Şimali Koreya lideri Kim Çenlə görüşü nəzərdə tutulur. Sinqapurda Trampla keçiriləcək görüşün də müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov mayın 22-də Kubaya səfər edəcək.