ABŞ diplomatı Çində hücuma məruz qalıb

24 May 2018 03:02 (UTC+04:00)

"Çində konsulluğumuzun bir diplomatı hücuma məruz qalıb." Bu barədə məlumatı ABŞ Dövlət katibi Mayk Pompeo verib. Pompeo bildirib ki, diplomat Kubadakı konsulluq işçisi kimi bənzər hücuma məruz qalıb və qeyri-adi səsin təsirinə məruz qalıb. ABŞ və Çin hadisəni araşdırır. Ekspert qrupları hadisənin baş verdiyi Quançao şəhərinə göndərilib.

Qeyd edək ki, bir müddət öncədə ABŞ-ın Havanadakı diplomatı ailəsi ilə birgə qeyri-adi səsin təsirindən eşitmə qabiliyyətində problem yaşamışdı.