Bəhruz Quliyev: "İbrahimbəyovun xəyanətkar əməli cəmiyyətdə hiddətlə qarşılanır" MÖVQE

23 May 2018 19:24 (UTC+04:00)

“Məlum olduğu kimi Rüstəm İbrahimbəyovun ssenari müəlli olduğu “Qafqaz üçlüyü” filmində azərbaycanlılar təhqir olunub, vəhşi kimi təqdim edilib, ermənilər isə əksinə mədəni, humanist millət kimi göstərilib. Nə vaxtsa Azərbaycanda yaşayan, özünü azərbaycanlı kimi təqdim edən bir şəxsin bu cür təfəkkürü başa düşülən deyil”. Bu fikirləri siyasi ekspert, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib.

Nankor kinorejissorun dəfələrlə ermənipərəst mövqe sərgilədiyini deyən ekspert bildirib ki, sözügedən filmin maliyyə mənbəyini araşdırdıqda onun mənfur düşmənlərimizlə əlaqələri olması istisna edilmir.

B.Quliyevin sözlərinə görə, lakin ən pisi vaxtilə R.İbrahimbəyovun Azərbaycanda prezidentliyə namizəd kimi təqdim edilməsidir: “Görəsən, "milli şura” adlı qurumun başında duranlar hansı keyfiyyətlərinə görə bu şəxsi yüksək kürsüyə qaldırmaq istəyirdilər? Onun xaricdəki ermənipərəst qüvvələr tərəfindən dəstəklənməsi azmış kimi, daxildəki Əli Kərimli, Cəmil Həsənli kimilər düşmən xislətli birisini xalqa “milləti düşünən əsl ziyalı” kimi təqdim etməyə çalışır, onu dəstəkləyirdilər. Görəsən, bundan sonra onlar atdıqları bu addımlara nə ad qoyacaqlar?”.

Baş verənlərin Əli Kərimli, Cəmil Həsənli və digərlərinin anti-milli, ermənipərəst olduğunu açıq şəkildə göstərmiş olduğunu deyən siyasi ekspert söyləyib ki, bu xəyanətkar əməl Azərbaycan cəmiyyətində də hiddətlə qarşılanıb.